Dmitri Nazarov het-trik etdi, komandası 8 qolla uduzdu

11:52 10 May 2021

Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” evdə “Paderborn”a 3:8 hesabı ilə uduzub. Nazarov start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər üç qolunu Dima vurub. 31 yaşlı yarımmüdafiəçi 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. O, sonuncu qolu penaltidən vurub.

 

Aue təmsilçisi 41 xalla 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti