İngiltərə çempionatı: “Mançester Yunayted” səfərdə, “Arsenal” evdə qalib gəldi

14:33 10 May 2021

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub. “Vulverhempton” “Brayton”u məğlub yola salıbsa, “Everton” səfərdə “Vest Hem”i minimal hesabla üstələyib. “Mançester Yunayted” səfərdə “Aston Villa” üzərində inamlı qələbəyə sevinib. “Arsenal” isə “Vest Bromviç”lə dueldən qalib ayrılıb.

 

İngiltərə Premyer Liqası

35-ci tur

 

Vulverhempton – Brayton 2:1

Qol: A.Traore, 76. Gibbs-Uayt, 90 – Dank, 13.

 

Aston Villa – Mançester Yunayted 1:3

Qol: B.Traore, 24 – B.Fernandes, 52. Qrinvud, 56. Kavani, 87.

 

Vest Hem – Everton 0:1

Qol: Kalvert, 24.

 

Arsenal – Vest Bromviç 3:1

Qol: Smit, 29. Pepe, 35. Villian, 90 – M.Pereyra, 67.


Digər xəbərlər

Xəbər xətti