“Qalatasaray” ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mustafa Məhəmməd sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Superliqanın 40-cı turunda “Beşiktaş”la keçirilən matçda (3:1) zədələnən misirli futbolçunun ən azı 2 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Onun sol ayaq biləyinin toxumaları əzilib.