“Çox maraqlı bir qrupda yer almışıq. Qrupdan çıxmaya da bilərik, finala qədər irəliləyə də bilərik”.
Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "Haber Global" telekanalına açıqlamasında deyib.
Komandasının "Avro-2020"dəki şanlarından danışan 68 yaşlı mütəxəssis Bakıda keçiriləcək oyunlarına da toxunub: “FİFA reytinqində İtaliya 7-ci sıradadır, həmçinin İsveçrə və Uels də bizdən öndədir. İtalyanlar topa yüksək səviyyədə sahib olan komandadır. Böyük komandalara qarşı nələr bacardığımız ortaya çıxacaq. Uels və İsveçrə də güclü rəqiblərdir. İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür. Bu turnir bizim üçün əvvəlkilərdən fərqli olacaq. Əsas hədəfimiz isə dünya çempionatına vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.