Türkiyə kubokunun "Beşiktaş"la "Antalyaspor"un arasında keçiriləcək final matçına azarkeşlər buraxılacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Fubol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. Mayın 18-də “Gürsəl Aksel” stadionunda keçiriləcək həlledici qarşılaşmaya stadionun tutumunun 1/3 qədər azarkeş buraxılacaq.
Qeyd edək ki, “Beşiktaş” – “Antalyaspor” görüşünə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.