Yaponiya klubu İnyestanın müqaviləsini uzatdı

13:39 11 May 2021

Yaponiyanın "Vissel Kobe" klubu futbolçusu Andres İnyesta ilə müqaviləsini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu gün 37 yaşı tamam olan ispaniyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

 

Qeyd edək ki, Andres İnyesta 22 il “Barselona”da çıxış etdikdən sonra - 2018-ci ildə “Vissel Kobe”yə keçib. Təcrübəli futbolçu bu mövsüm 3 oyuna çıxıb. 


Xəbər xətti