"Legiya" Mahir Emreli ilə son detalları müzakirə edir

14:02 11 May 2021

"Qarabağ"ın hücumçusu Mahir Emrelinin "Legiya"ya keçidi baş tutmaq üzrədir.

 

Sportarena.az xəbər verir ki, artıq keçidin baş tutmaması üçün heç bir əngəl qalmayıb. İddia olunur ki, Mahir Emreli ilə Polşa klubunun rəhbərliyi arasında aparılan son danışıqlar nəticəsini verib. Hazırda yalnız son detallar müzakirə olunur.

 

Mənbə yazır ki, keçidin reallaşması üçün Azərbaycan Premyer Liqasının başa çatması gözlənilir. Bundan dərhal sonra 23 yaşlı futbolçu Varşavada tibbi müəyinədən keçəcək və "Legiya" ilə müqavilə imzalayacaq. 


Digər xəbərlər

Xəbər xətti