Azərbaycan velosipedçisi Ukraynada birinci oldu

Sportarena.az      11 May 2021 , 15:00

Azərbaycanın şose velosipedi üzrə elit yığmasnın üzvü Samir Cəbrayılov Açıq Ukrayna Kuboku yarışının 3-cü mərhələsinin qalibi olub.

 

Sportarena.az xəbər verir ki, idmançı 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pillsinə qalxıb.

 

136 km-dən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən Cəbrayılov növbəti gün 141 km məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub.

 

112 km-lik 3-cü və 20 km-lik 4-cü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçi bununla da ümimi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olmaqla 1-ci yerə layiq görülüb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin