Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə Ayazla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb.