Türkiyə çempionatı: "Beşiktaş" və "Fənərbaxça" məğlub oldu, "Qalatasaray" qələbə qazandı

00:31 12 May 2021

Türkiyə Superliqasında 41-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun bütün matçları eyni gündə oynanllıb. Lider “Beşiktaş” bu turda “Fatih Karagümrük”ü qəbul edib və gözlənilmədən uduzub - 1:2. "Fənərbaxça" da doğma meydanda "Sivasspor"a məğlub olub - 1:2. Ötən tur İstanbul derbisində “Beşiktaş”a qalib gələn “Qalatasaray” isə bu dəfə “Dənizlispor”un qonağı olub və rəqibini 4:1 hesab ilə məğlub edib. Bununla da "Cim-Bom" turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyub,  “Beşiktaş”la xallarını bərabərləşdirib.

 

Qeyd edək ki, hazırda "Beşiktaş" 81 xalla 1-ci, "Qalatasaray" eyni xalla 2-ci, "Fənərbaxça" 79 xalla 3-cüdür.


 
"Konyaspor" – "Trabzonspor" - 1:1
Qollar: Hacıahmetoviç, 82 – Baker, 64
 

"Başakşəhər" – "Kayserispor" - 0:0
 

"Dənizlispor" – "Qalatasaray" - 1:4
Qollar: Niyaz, 62 – Dervişoğlu, 22. Babel, 35-pen, Muhamed, 87-pen, 89
 

"Kasımpaşa" – "Ankaragücü" - 3:1
Qollar: Haderqyonay, 9-pen, Koç, 13, Yıldırım, 90+6 – Badji, 85
 

"Qaziantep" – "Rizəspor" - 4:5
Qollar: Maksim, 47, Demir, 49, 86, Djilobodji, 89 – Tosun, 7, Köybaşı, 32, Soderlund, 45+2, Sabo, 60, Samudio, 79
 

"Beşiktaş" – "Fatih Karagümrük" - 1:2
Qollar: Gezzal, 54 – Bertolaççi, 39. Borini, 80
 

"Gənclərbirliyi" – "Göztəpə" - 5:3
Qollar: Angelo, 44, Ayite, 50, Stanku, 56, 83, Mert, 70 – İdeye, 12, Kayan, 31, B.Şimşek, 51
 

"Alanyaspor" – "Ərzurumspor" - 2:3
Qollar: Karaca, 30-pen, 41-pen – Raşani, 45+1, 73, C.Alkılıç, 84
 

"Fənərbaxça" – "Sivasspor" - 1:2
Qollar: Sisse, 90+2 – Kayode, 45+1, Arslan, 48
 

"Yeni Malatyaspor" – "Hatayspor" - 1:1
Qollar: Büyük, 64 – Diuf, 45 


Digər xəbərlər

Xəbər xətti