"Mançester Siti" yeddiqat İngiltərə çempionu oldu

00:42 12 May 2021

"Mançester Siti" İngiltərə Premyer Liqasında 2020-2021 mövsümünün qalibi olub.
 

Sportarena.az xəbər verir ki, "şəhərlilər"in çempionluğu sona 3 tur qalmış rəsmiləşib. Liderin ən yaxşı izləyicisi "Mançester Yunayted"in bu gün öz meydanın "Lester"ə uduzması (1:2) çempionu bəlli edib. Xosep Qvardiolanın komandasının 80, "qırmızı şeytanlar"ın isə 70 xalı var. Bu isə sona 3 tur qalmış "Mançester Siti"nin çempionluğunu rəsmiləşdirib. Bu, "Mançester Siti"nin ümumilikdə 7-ci, Qvardiola ilə isə 3-cü çempionluğudur.


Xatırladaq ki, "Mançester Siti" Çempionlar Liqasının finalına yüksəlib və mayın 29-da keçiriləcək həlledici matçda "Çelsi" ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti