İspaniya çempionatı: “Barselona” yenə xal itirdi - VİDEO

10:27 12 May 2021

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Osasuna” doğma meydanda “Kadis”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər. “Elçe” “Alaves”i qəbul edib və iki cavabsız qolla uduzub. “Barselona” isə “Levante” səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.

 

İspaniya La Liqası

36-cı tur

 

Osasuna – Kadis 3:2

Qol: Budimir, 38; 75. Torres, 86 – Saponyiç, 49-pen. Perea, 90+1.

 

Elçe – Alaves 0:2

Qol: Xoselu, 40. Rioxa, 54.

 

Levante – Barselona 3:3

Qol: Melero, 57. Morales, 59. Leon, 83 – Messi, 85. Pedri, 34. Dembele, 64. 

 

 


Xəbər xətti