"Lill"in və Türkiyə millisinin futbolçusu Burak Yılmaz Liqa-1 də mövsüm futbolçusu seçilə bilər.
Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu "Kanal+"un təşkil etdiyi səsvermədə namizəd olaraq yer alıb. Yılmazın rəqibləri arasında PSJ-dən Neymar və Kilian Mbappe, "Lion"dan Memfis Depay və "Monako"dan Uissam ben Yedder var. Burak cari mövsüm Liqa 1-də 26 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.
Qeyd edək ki, Burak Yılmaz ötən ildən "Lill"də çıxış edir. O, 2006-cı ildən Türkiyə millisinin üzvüdür.