Canluici Buffon “Yuventus”dan “Yuventus”dan ayrılacağını təsdiqlədi

Sportarena.az      12 May 2021 , 13:00

Futbol üzrə İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon “Yuventus”dan ayrılır.

 

Sportarena.az xəbər verir ki, 43 yaşlı qolkiper bu barədə özü açıqlama verib:

 

“Mənim gələcəyim artıq məlumdur. “Yuventus”da gözəl və çox uzun dövr bu il tam başa çatır. Fikrimcə, mən klubuma hər şeyimi verdim və daha çoxunu aldım. Ya daha oynamayacaq, ya məni karyerama davam qərarı verməyə sövq edən situasiyada olacaq, ya da fərqli həyat təcrübəsi qazanacağam”.

 

Bu mövsüm bitəndən sonra Buffonun futbolçu karyerasına başladığı “Parma”ya qayıdacağı barədə xəbərlər dolaşır.

 

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə “Parma”dan “Yuventus”a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin