"Başakşəhər"in futbolçusu Azərbaycan millisindən imtina etdi

09:52 14 May 2021

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Emre Kaplan yığmamızda oynamaqdan imtina edib.
 

Sportarena.az xəbər verir ki, milliləşdirilmiş 20 yaşlı türkiyəli müdafiəçi bu barədə İnstaqram hesabında paylaşım edib. O, artıq beynəlxalq arenalarda Türkiyəni təmsil etmək istədiyini bildirib:
 

“Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram. Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.
 

Qeyd edək ki, Emre Kaplan daha əvvəl U-19 millimizdə də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda iştirak edib. Müqavilə ilə “Başakşəhər”ə məxsus olan 20 yaşlı futbolçu icarə əsasında “Bodrumspor”da çıxış edir. 


Digər xəbərlər

Xəbər xətti