Futbol üzrə İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu məlum olub.
Sportarena.az xəbər verir ki, “Vest Hem”in yarımmüdafiəçisi Cessi Linqard ötən ayın ən yaxşı futbolçusu seçilib. 28 yaşlı futbolçu ötən ay iştirak etdiyi 4 oyunda 4 qola imza atıb. Onun komandası isə hazırda Premyer Liqada 6-cı sırada qərarlaşıb.
“Nyukasl”ın baş məşqçisi Stiv Bryus isə aprel ayının ən yaxşı məşqçisi elan olunub.