İtaliya çempionatı: “Milan” büdrədi, “Napoli” qalib gəldi

12:06 17 May 2021

Futbol üzrə İtaliya A Seriyasında 37-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub.“Benevento” – “Krotone” matçında qalib müəyyənləşməyib. “Sampdoriya” səfərdə “Udineze”yə, “Sassuolo” isə “Parma”ya qalib gəlib. 

 

“Fiorentina”nın qonağı olan “Napoli” də qalib gəlməklə UEFA Çempionlar Liqasına vəsiqə şanslarını yaxşılaşdırıb. “Milan” isə “Kalyari” ilə ev oyununda xal itirsə də, üçüncü pillədəki mövqeyini qoruyub.

 

İtaliya A Seriyası

37-ci tur

 

Fiorentina – Napoli 0:2

Qol: İnsinye, 56. Venuti, 67-öz qapısına.

 

Benevento – Krotone 1:1

Qol: Lapadula, 13 – Simi, 90+3.

 

Udineze – Sampdoriya 0:1

Qol: Kvalyarella, 88.

 

Parma – Sassuolo 1:3

Qol: B.Alves, 32 – Lokatelli, 25-pen. Defrel, 62. Boqa, 69.

 

Milan – Kalyari 0:0 


Digər xəbərlər

Xəbər xətti