İngiltərə Premyer Liqasında 36-cı turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, "Liverpul" səfərdə "Vest Bromviç"lə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, qonaqlar əzmkar qələbə qazanıb. Maraqlıdır ki, "Liverpul"un qələbə qolunu 90+5-ci dəqiqədə qapıçı Alisson Bekker vurub. Bu nəticədən sonra "Liverpul" 63 xalla 3-cüdür. Yeni mövsümdən elitanı tərk edəcəyi dəqiqləşən "Vest Bromviç" isə 26 xalla 19-cudur.
"Vest Bromviç" - "Liverpul" - 1:2
Qollar: Robson-Kanu, 15 (1:0), Salah, 33 (1:1), Bekker, 90+5 (1:2)