AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.
Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə aprelin 27-də verilmiş cəza qüvvədə qalıb.
Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən iki oyunluq cəzalanıb. Klub isə 4000 manat cərimələnib.
Abasov bu səbəbdən mayın 3-də səfərdə "Keşlə" (3:0), mayın 8-də isə "Səbail" (4:0) komandası ilə matçları buraxıb.