Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

16:10 17 May 2021

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Frits Keller istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Keller istefa verərək, vəzifəsindən ayrılıb.

 

Keller aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında DFB-nin vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə etmiş, daha sonra həmkarından üzr istəmişdi. Kox prezidentin üzrünü qəbul etməmişdi. Kellerin bu səbəbdən istefa verdiyi bildirilir.

 

Keller 2019-cu ilin sentyabrından Almaniya Futbol İttifqaının prezidenti vəzifəsini icra edirdi. 


Digər xəbərlər

Xəbər xətti