Fransada ölkədən kənarda çıxış edən ən yaxşı futbolçu məlum olub.
Sportarena.az xəbər verir ki, bu, “Real”ın hücumçusu Kərim Benzemadır. Bu barədə Fransa Peşəkar Futbolçular İttifaqının (UNFP) mətbuat xidməti məlumat yayıb.
Benzema Fransadan kənarda çıxış edən ən yaxşı fransalı futbolçu seçilib. O, səsvermədə Uqo Loris (“Tottenhem”), Nqolo Kante (“Çelsi”), Osman Dembele (“Barselona”) və Ferlan Mendini (“Real”) qabaqlayıb.
Benzema 2019-cu ildə də bu mükafatı qazanmışdı.