I Divizionun qalibləri mükafatlandırıldı - VİDEO

11:00 18 May 2021

I Divizionda 2020/2021-ci illər mövsümünün sonuncu oyunu “Zaqatala – “Neftçi-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Neftçi” klubunun prezidenti Kamran Quliyev və başqa rəsmi şəxslər iştirak etdilər.

 

Hələ 2 tur əvvəl çempionluğu təmin edən “Neftçi-2”yə qızıl, “Zaqatala”ya isə gümüş medallar təqdim edildi. Ötən tur üçüncü olacağı dəqiqləşən “Turan Tovuz” bürünc medallara sahib çıxdı. 

 

 


Xəbər xətti