İngiltərənin “Çelsi” klubunda ilin ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, Meyson Maunt ötən ilin ən yaxşısı elan olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Meyson bu mövsüm bütün turnirlər daxil olmaqla, 51 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.