“Borussiya”nın kapitanı AÇ-2020-dən imtina etdi

15:05 19 May 2021

Almaniyanın “Borussiya” klubunun yarımmüdafiəçisi Marko Roys bu yay təşkil olunacaq Avropa çempionatında oynamaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə alman futbolçu sosial şəbəkə hesabında paylaşım edib. Dortmund təmsilçisinin kapitanı istirahətə ehtiyacının olduğunu bildirib. O, yeni mövsümə daha yaxşı başlamaq istədiyi üçün AÇ-2020-də iştirak etməyəcəyini bildirib.

 

Marko Roys 2011-ci ildən dəvət aldığı Almaniya millisində 44 oyuna çıxıb. 31 yaşlı futbolçu oyunlarda 13 qolla yadda qalıb. O, 2012-ci ildən Dortmund “Borussiya”sının uğurları üçün çalışır.


Digər xəbərlər

Xəbər xətti