Rumıniya çempionatında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, CFR "Botoşani"yə 1:0 hesablı qalib gələrək titulu təmin edib. Kluj-Napoka təmsilçisi 51 xalla rəqibləri üçün əlçatmaz olub.
Beləliklə, CFR tarixində ardıcıl 4-cü, ümumilikdə 7-ci dəfə ölkə çempionu adına yiyələnib.