Almaniyanın “Bayer” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Xerardo Seoaneyə tapşırılıb. Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Seoane bundan əvvəl İsveçrənin “Yanq Boyz” komandasını çalışdırırdı.