Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ən məhsuldar oyunçusu “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov olub.
Sportarena.az xəbər verir ki, o, bu mövsüm vurduğu 19 qolla çempionatın ən sərrast futbolçusu adına layiq görülüb. Sonuncu turun "Neftçi" - "Qarabağ" qarşılaşması başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Namiqə xüsusi hədiyyə təqdim edilib.
Qeyd edək ki, Ələsgərov ən yaxın izləyicisi Mahir Emrelini 1 qol qabaqlayıb.