Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar bəlli olub.
Sportarena.az xəbər verir ki, "Neftçi" ölkə çempionu kimi Çempionlar Liqasına vəsiqəni təmin edib. Bakı təmsilçisi ÇL-in birinci mərhələsində “səpələnməmişlər” səbətində yer almaqla daha güclü rəqiblə qarşılaşacaq. "Qarabağ" 2-ci, "Sumqayıt" 3-cü pillənin sahibi olaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. Sözügedən komandalar 2-ci mərhələdən mübarizə aparacaqlar.
Qeyd edək ki, Konfrans Liqasına son vəsiqənin sahibi mayın 24-ü keçiriləcək Azərbaycan kubokunun "Keşlə" - "Sumqayıt" final matçından sonra müəyyənləşəcək. "Keşlə" qalib gəlsə, Konfrans Liqasına vəsiqəni təmin edəcək. "Sumqayıt"ın qalibiyyəti təqdirdə, ölkə çempionatında 4-cü yerin sahibi "Zirə" avrokuboklarda oynamaq hüququ qazanacaq.