Premyer Liqada mövsümün son turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olan "Neftçi" 2-ci Fəxri Xiyabanı ziyarət edib.
Paytaxt təmsilçisi matçdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atıb. Çempionluq kubokunu da özü ilə aparan "Neftçi" həm də şəhid olan azarkeşləri - mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.