Ukraynanın "Minay" klubunun futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan millisinə çağırılıblar.
Sportarena.az xəbər verir ki, Nuriyev 2-ci, Əhmədzadə isə ilk dəfə milliyə dəvət alıb. Onlar millinin mayın 22-dən başlayacaq təlim-məşq toplanışında iştirak edəcəklər.