Almaniyanın “Şalke” klubu 10 futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 10 futbolçu - Benjamin Stambuli, Bastian Oçipka, Stiven Skribski, Şkodran Mustafi, Alessandro Şöpf, Nabil Bentaleb, Vilyam, Qonsale Pasiensa, Frederik Rönnov və Kilian Ludeviq və 3 klub işçisinin göndərildiyi bildirilib.
Xatırladaq ki, “Şalke” Bundesliqada sona bir tur qalmış 18-ci sıradadır. Elitanı tərk edəcəyi dəqiqləşən komanda yeni mövsümdə 2-ci Bundesliqada çıxış edəcək.