Ramil Şeydayev "Sabah"dan ayrılıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü paytaxt təmsilçisi ilə başa çatan müqaviləsini uzatmaq istəməyib. Agentlər 25 yaşlı hücumçunu Rusiyanın bəzi klubları ilə yanaşı, "Neftçi"yə də təklif ediblər.
Şeydayev başa çatan mövsüm Premyer Liqada keçirdiyi 25 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.