Ukrayna millisinin futbolçusu Vitali Buyalski Avro-2020-də iştirak etməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kiyev "Dinamo"sunun 28 yaşlı yarımmüdafiəçi zədə səbəbindən qitə çempionatını buraxacaq.
Xatırladaq ki, Avro-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.