Avropa çempionumuz dopinqə görə yarışlardan kənarlaşdırıldı

18:08 21 May 2021

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib. Bolqarıstanlı legionerin dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir.

 

Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. 


Digər xəbərlər

Xəbər xətti