Azərbaycan kubokunun finalında keçiriləcək "Keşlə" - "Sumqayıt" oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, matçı Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə Elşad Abdullayev olacaq.
Qeyd edək ki, mayın 24-ü “Bank Respublika Arena”da keçiriləcək həlledici matç saat 19:30-da başlayacaq.