"Sabah" Ramin Quliyevi postunda saxlayır

12:38 23 May 2021

"Sabah"ın növbəti mövsüm üçün baş məşqçisi böyük ölçüdə müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu yola müvəqqəti çalışdırıcı Ramin Quliyevlə davam edəcək. Mövsümün gedişində Visente Qomesi əvəzləyən çalışdırıcı işi ilə özünü doğrulda bilib. Nəticələrin nisbətən yaxşılaşması və komandanın mövsümü 5-ci sırada başa vurması rəhbərliyi razı salıb. Bu üzdün onunla yola davam ediləcək.

 

"Sabah"ı 9 oyuna çıxaran Quliyev bunların yalnız 2-də məğlub olub. 3 matçda qələbəyə sevinən "Sabah" 4 dəfə heç-heçə edib. Komanda 29 xalın 13-nü məhz son 9 oyunda qazanıb. 


Digər xəbərlər

Xəbər xətti