Fərid Nəbiyev qol vurdu, komandası qalib gəldi

13:00 23 May 2021

Çexiya II Liqasında XXXV turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" "Çrudim"in qonağı olub. Məhsuldar keçirilən görüşdə Jijkov təmsilçisi 5:3 hesablı qələbə qazanıb.

 

Fərid start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. Matçda komandasının 5-ci qolunu 21 yaşlı yarımmüdafiəçi vurub. O, 55-ci dəqiqədə fərqlənib.

 

29 xal toplayan "Viktoriya" 4-cü pillədə qərarlaşıb. 


Xəbər xətti