Millimizə daha bir futbolçu çağırıldı

14:11 23 May 2021

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoxlama oyunu keçirəcək Azərbaycan milli komandasına daha bir futbolçu dəvət olunub.

 

Sportarena.az xəbər verir ki, “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə yığmanın qarşıdakı yoxlama oyunları üçün heyətə çağırılıb.

 

Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) A milli komandanın 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək məşqlərində iştirak edəcək.


Xəbər xətti