Azərbaycan kubokunu "Keşlə" qazandı - YENİLƏNİB

22:00 24 May 2021

Bu gün  Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt”  üz-üzə gəlib. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:30-da başlayıb.

 

“Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamq hüququ qazanacaq. "Sumqayıt" kubokun qalibi olsa isə Premyer Liqada 4-cü olan "Zirə" avrokuboklarda iştirak edəcək.

 

24 may
 
19:30. “Keşlə” – “Sumqayıt”  2:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Bank Respublika Arena” 


Digər xəbərlər

Xəbər xətti