Uruqvaylı hücumçu Kristian Tabo karyerasını Azərbaycan çempionu “Neftçi”də davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu paytaxt klubuna təklif olunan futbolçulardan biridir.
Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Samir Abasov da klub televiziyasına açıqlamasında həm hücumçu, həm də digər mövqelərə yeni futbolçular axtardıqlarını söyləmişdi. “Ağ-qaralar”ın Tabo ilə bağlı qərarının necə olacağını zaman göstərəcək.
Peşəkar karyerasına Uruqvayın “Rasinq” (Montevideo) klubunda başlayan Tabo, ölkəsində “Nasional”ın da uğurları üçün çalışıb. Forvard 2015-2017-ci illər aralığında Meksika “Atlas”ında icarədə oynayıb. Kristian 2018-ci ildən Meksikanın digər təmsilçisi “Puebla”da forma geyinir.