Dmitri Nazarov mövsümü dublla başa vurdu

11:24 24 May 2021

Almaniya II Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” XXXIV turda doğma meydanda “Osnabrük”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

 

Nazarov 63-cü dəqiqədə - komandası 0:1 hesabı ilə məğlub durumda olarkən meydana buraxılıb. Komandasına qələbə qazandıran qolları da Dima vurub. O, meydana çıxandan cəmi iki dəqiqə sonra hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.

 

34 oyuna 44 xal toplamış “Ersgebirge” mövsümü 18 kollektiv arasında 12-ci pillədə başa vurub. Nazarov mövsümdə 30 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti