İngiltərəni avrokuboklarda təmsil edəcək klublar bəlli oldu

11:40 24 May 2021

İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son turun oyunlarından sonra ölkəni avrokuboklarda təmsil edəcək bütün komandalar bəlli olub. Çempion "Mançester Siti" (86 xal), 2-ci "Mançester Yunayted" (74),3-cü "Liverpul" (69) , 4-cü  olan "Çelsi" (67) Çempionlar Liqasına vəsiqəni təmin edib. 5-ci pillədəki "Lester" (66) və 6-cı sıradakı "Vest Hem" (65)  Avropa Liqasında mübarizə aparacaq.

 

7-ci olan "Tottenhem" (62)  İngiltərəni Konfrans Liqasında təmsil edəcək. Turniri 8-ci pillədə başa vuran "Arsenal" (61 xal) isə 26 ildən sonra ilk dəfə avrokuboklara vəsiqə əldə edə bilməyib.

 

Qeyd edək ki, son üç pilləni tutan “Fulhem”, “Vest Bromviç” və “Şeffild Yunayted” Premyer Liqanı tərk ediblər. 


Digər xəbərlər

Xəbər xətti