U-21-in daha bir futbolçusu millinin məşqlərində

13:13 24 May 2021

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının Bakıda təşkil olunan hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü İsmayıl Zülfüqarlı (“Neftçi”) əsas milli komandanın Bakıda keçirilən məşqlərində iştirak edəcək.

 

AFFA daha öncə 21 yaşadək futbolçulardan ibarət milli komandanın digər üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərovun (“Turan Tovuz”) da əsas millinin məşqlərində iştirak edəcəyini açıqlamışdı. 


Digər xəbərlər

Xəbər xətti