Ramin Musayev: "Şuşada stadion tikiləcək"

Sportarena.az      25 May 2021 , 10:15

44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad olunmuş Şuşa şəhərində stadion tikiləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə prezidenti Ramin Musayev Azərbaycan kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

 

"Bu haqda söhbət olub. Hətta elə düşünməyin ki, mən Rövnəq Abdullayev və ya Elxan Məmmədovu nəzərdə tuturam. Futboldankənar adamlardan da eşitmişəm ki, hər bir zonada öz rayonunu təmsil edən komandanın olması məsləhətdir. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. Bu gün üçün nəsə desək, düşünərlər ki, azarkeşləri sevindirmək üçün edirik. Amma elə deyil. Cənab Prezident İlham Əliyev buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaradılacaq. Belə olduğu halda, deməli Şuşanın stadionu da olacaq".

 

O deyib ki,  Şuşada stadion olduqdan sonra futbol arenası ətraf rayonlarda da tikiləcək: "Ağdamda stadion 100 faiz olacaq. Əvvəllər Kəlbəcərdən, Qubadlıdan komandalarının olmasını, yeni klublar yaratmaq istəyən uşaqlar olub. Bərdənin özündə komandamız olub. Sözsüz ki, bunların yaranması çempionatı daha maraqlı edər. Futbolçular bölgələrə gedərlər. Hər zonadan 1-2 oyunçu çıxsa, millimizə futbolçu axtarmaq da lazım deyil". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin