“Qrupumuzdakı komandaların hər biri ilə maraqlanmışam. Böyük ambisiyaları var”.
Sportarena.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avro-2020-dəki rəqibləri haqda danışarkən deyib. İsveçrə millisi A qrupunda İtaliya ilə Romada, Uels və Türkiyə ilə Bakıda qarşılaşacaq.
Petkoviç matçların keçirilmə yeri baxımından bu oyunların onlar üçün çətin olacağını bildirib. Hətta o, Türkiyənin Vətənində oynayacağını vurğulayıb: “İtaliya matçlarını evdə keçirəcək. Türkiyə, demək olar ki, onlar üçün Vətən kimi olan Azərbaycanda oynayacaq. Beləliklə, işimiz çətin olacaq. Qrupdan çıxmaq bizim üçün yax.; n’tic’ olar. Sonrasına baxarıq”.