"Bədavi Hüseynovu transfer etmək istəyirdik" - Şenol Günəş

12:22 25 May 2021

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş İctimai TV-də yayımlanan "Bol idman" verilişinə müsahibəsində yığmamızla keçiriləcək yoldaşlıq oyunundan da danışıb.
 

Sportarena.az xəbər verir ki, millimizin gənc futbolçulardan formalaşadığını deyə 69 yaşlı mütəxəssis maraqlı bir məlumatı da açıqlayıb. O, “Bursaspor”da çalışdığı vaxt “Qarabağ”ın və millimizin futbolçusu Bədavi Hüseynovu transfer etmək istədiklərini bildirib:


“Azərbaycan millisinin əvvəlki heyətindən çıxışına bələd olduğum futbolçular var idi. Hazırkı komandadan Bədavi Hüseynovu tanıyıram. "Qarabağ"da çıxış edir, müdafiəçidir. Hətta "Bursaspor"da işləyərkən onu transfer etməyi düşünürdük. Ümumiyyətlə, "Qarabağ" son illər həm ölkə çempionatında, həm də avrokuboklarda uğurla çıxış edir. Bu mövsüm isə "Neftçi" onları qabaqladı. Bunun özü də böyük uğurdur”.
 

Xatırladaq ki, Türkiyə və Azərbaycan milliləri mayın 27-də Antalyada yoldaşlıq oyununda üz-üzə gələcək. 


Xəbər xətti