UEFA prezidenti Konfrans Liqasından danışdı

12:44 25 May 2021

UEFA prezidenti Aleksandr Çeferin yeni mövsümdən keçiriləcək Konfrans Liqasının yaradılmasının məqsədindən danışıb.
 

Sportarena.az xəbər verir ki, o, qurumun saytına açıqlamasında deyib:
 

"Turnirlərimizi daha əhatəli etmək, klublara və azarkeşlərə xəyal qurmaq və Avropa kubokları uğrunda mübarizə aparmaq imkanı vermək istəyirik. Bu səbəbdən Konfrans Liqasını yaratdıq. UEFA 55 milli assosiasiyadan ibarətdir və bizim üçün mümkün qədər müxtəlif ölkədən olan klublara Avropadakı performanslarının müddətini uzatmaq şansı vermək vacibdir".  
 

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə" yeni mövsüm üçün Konfrans Liqasında iştirak etmək hüququ qazanıblar. 


Digər xəbərlər

Xəbər xətti