“Neftçi” futbolçusu Ömər Buludovla müqaviləni uzadıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin yeni sözləşməsi 2024-cü il mayın 31-dək nəzərdə tutulub.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan 22 yaşlı futbolçu 2017/2018 mövsümündən əsas heyətdə çıxış edir. O, 74 rəsmi oyunda meydana çıxıb, 3 qola imza atıb.