Konfrans Liqasının mükafat fondu açıqlandı

13:34 25 May 2021

Konfrans Liqasında qrup mərhələsinə yüksələcək kubların qazancı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qrupa vəsiqə qazanan kluba 2,94 milyon avro ödəniləcək. Qrup mərhələsindəki hər qələbəyə görə 500 min avro, heç-heçəyə görə 166 min avro veriləcək. Qrupu lider kimi tamamlayan komanda əlavə 650 min avro əldə edəcək. Qrup ikincilərinə 325 min, 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək.

 

Hələlik təsnifat mərhələsinin mükafat fondu açıqlanmayıb.

 

Xatırladaq ki, Konfrans Liqasının 2021/2022 mövsümündə ölkəmizi "Qarabağ", "Sumqayıt" və "Keşlə" klubları təmsil edəcək. 


Xəbər xətti