La Liqanı tərk edən klub baş məşqçisiz qaldı

07:41 26 May 2021

İspaniyanın “Eybar” klubunun baş məşqçisi Xose Luis Mendilibar istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 60 yaşlı mütəxəssislə klub rəhbərliyinin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiyi diqqətə çatdırılıb. Buna komandanın son mövsümdə uğursuz çıxış etməsi və La Liqa ilə vidalaşması səbəb olub.

 

Qeyd edək ki, Mendilibar 2015/16 mövsümündən etibarən “Eybar”ı çalışdırırdı. 


Xəbər xətti